Naxçıvan Boks Federasiyası
www.nbf.az

























Boks üzrə birincilik başa çatıb

      25 iyun 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində 26 iyun–Silahlı Qüvvələr Günü münasibəti ilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan şəhər Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Şərur və Kəngərli rayonlarının idmançıları da öz güclərini sınamışlar.

Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 18 çəki dərəcəsində 50 dəri əlcək sahibi qüvvələrini sınamışlar.

Gərgin mübarizə şəraitində keçən döyüşdə Rəhman Həsənli (22 kq, Kəngərli), İsmixan Ələkbərli (24 kq, Kəngərli), Hüseyn Qənbərli (26 kq, Kəngərli), Davud Qasımov (27 kq, Kəngərli), Əli Əbilov (28 kq, Kəngərli), Barış Abdullayev (29 kq, Kəngərli), Cavad Bağırov (30 kq, Şərur), Xəzər Tağızadə (31 kq, Kəngərli), İlkin Həsənov (31.5 kq, Kəngərli), Tural Rzayev (32 kq, Kəngərli), Ucar Musayev (34 kq, Kəngərli), Həsən Əsgərov (36 kq, Naxçıvan), Sinan Əbilov (38 kq, Kəngərli), Mirsənan Seyidov (40 kq, Kəngərli), Miribrahim Seyidov (42 kq, Kəngərli), İbrahim Hüseynov (43 kq, Şərur), Nihad Quliyev (44 kq, Kəngərli) və Fəxrəddin Əliyev (46 kq, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin sahibi olmuşlar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılmışlar.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
25.06.2019