Naxçıvan Boks Federasiyası
www.nbf.az

























Boksçularımızdan uğurlu nəticə

      Bakı şəhərində Şuşa Uşaq-Gənclər İdman Məktəbinin açıq birinciliyi keçirilib.

Yarışda 13 çəki üzrə 100-dən artıq yeniyetmə (2004-2005-ci illər təvəllüdlü) boksçu mübarizə aparıb. Keçirilən açıq birincilikdə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançıları da iştirak edib və uğur qazanıblar. Belə ki, 42 kiloqram çəki dərəcəsində Sinan Əbilov bürünc medal qazanıb. 46 kiloqram çəki dərəcəsində Alışan İsmayılov, 48 kiloqram çəki dərəcəsində Nazim Abazərli və 66 kiloqram çəki dərəcəsində Asim Əliyev isə gümüş medal əldə ediblər.

Sonda fərqlənən idmançılar mükafatlandırılıblar.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
24.10.2019