Naxçıvan Boks Federasiyası
www.nbf.az



Naxçıvan boksçuları İranda keçirilən turnirdə uğurla çıxış ediblər

      İran İslam Respublikasının Urmiya şəhərində keçirilən beynəlxalq boks turnirində Naxçıvan Boks Federasiyasının idmançıları da iştirak edib.

Ümumilikdə 7 komandanın qatıldığı turnirdə Naxçıvan yığması 14 idmançı ilə təmsil olunub. İdmançılarımızdan Elbrus Kərimli (50 kq), Möhsün Həsənzadə (52 kq), Nazim Abazərli (54 kq), Nizami Novruzov (57 kq), Murad Rəhimov (63 kq), Olaboye Davidlekon (75 kq) və Məhəmmədəli Bağırov (91 kq) öz çəki dərəcələrində birinci olublar.

“Naxçıvan” komandası bu göstəricilərə əsasən yarışın yekun sıralamasında ikinci yerdə qərarlaşıb.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
19.01.2022