Naxçıvan Boks Federasiyası
www.nbf.az

























Boks birinciliyində idmançımız üçüncü olub

      Bakı şəhərində keçirilən gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb. Boks Mərkəzində 5 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.

Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri də iştirak edib. 69 kiloqram çəki dərəcəsində rinqə çıxan idmançımız Türkeş Mustafayev bürünc medal qazanıb. İdmançımız sonda diplom və medalla mükafatlandırılıb.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
18.02.2019