Naxçıvan Boks Federasiyası
www.nbf.az



Ölkə birinciliyində 2 boksçumuz fərqləndi

      Boks Mərkəzində keçirilən və 7 gün davam edən yeniyetmə boksçuların Azərbaycan birinciliyi başa çatıb. Qələbə uğrunda mübarizədə respublikanın müxtəlif şəhər və rayonlarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandadan 327 boksçu gücünü sınayıb.

Muxtar respublikanı yarışda Naxçıvan Boks Federasiyasının 6 idmançısı təmsil edib. Onlardan 2-si ümidləri doğruldaraq mükafatçılar sırasına düşməyi bacarıblar. Belə ki, 52 kq çəki dərəcəsində Elbrus Kərimli və 80 kq çəki dərəcəsində Kənan Allahverdiyev yarışı üçüncü sırada başa vurmaqla bürünc medal qazanıblar.

İlk üçlükdə qərarlaşan idmançılara diplom və medallar təqdim olunub.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
17.03.2022