Naxçıvan Boks Federasiyası
www.nbf.az

























Boksçumuz Tokio-2020-yə vəsiqə qazanıb

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

Yığmamızın heyətində bu hüquqa Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Tayfur Əliyev yiyələnib. Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.

Qeyd edək ki, yarış gecə seansından sonra dayandırıldığından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq. Azərbaycan yığması yarışa 11 boksçu (8 kişi, 3 qadın) ilə qatılıb.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
17.03.2020