Naxçıvan Boks Federasiyası
www.nbf.az

























Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir

      12 yanvar 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Babək, Ordubad, Sədərək, Şərur və Kəngərli rayonlarının idmançıları da öz güclərini sınamışlar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 27 çəki dərəcəsində 70 dəri əlcək sahibi qüvvələrini sınamışlar.

Gərgin mübarizə şəraitində keçən döyüşdə qızlar arasında Gülay Hümbətova (48 kq, Naxçıvan), Gülşən Mustafayeva (50 kq, Naxçıvan), oğlanlar arasında isə Oğuz Məmmədli (25 kq, Naxçıvan), Səid Abbaslı (30 kq, Naxçıvan), Əli Məmmədov (32 kq, Naxçıvan), Sinan Əbilov (36 kq, Kəngərli), Ramil Babayev (38 kq, Kəngərli), Miribrahim Seyidov (40 kq, Kəngərli), Alişan İsmayılov (42 kq, Şərur), Elgün Rzalı (43 kq, Ordubad), Nazim Abazərli (44 kq, Naxçıvan), Teymur Abbasov (45 kq, Şərur), Mirməhəmmədmustafa Seyid (46 kq, Şərur), Nizami Novruzov (50 kq, Naxçıvan), Miryusif Seyidbəyli (51 kq, Naxçıvan), Ələsgər Ələkbərov (52 kq, Naxçıvan), Mirməhəmməd Seyidov (54 kq, Naxçıvan), Əli Seyidov (56 kq, Kəngərli), Murad Rəhimov (57 kq, Naxçıvan), Fərid Məhərrəmov (58 kq, Naxçıvan), Elçin Həsənov (60 kq, Naxçıvan), Zeynalabdin Mahmudov (62 kq, Naxçıvan), Nofər Əlizadə (64 kq, Sədərək), Sənan İbrahimli (66 kq, Ordubad), Hüseyn Əhmədov (70 kq, Naxçıvan), Yusif Quluzadə (75 kq, Naxçıvan) və Həmid Qənbərov (81 kq, Kəngərli) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılmışlar

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
12.01.2019