Naxçıvan Boks Federasiyası
www.nbf.az



Fəxri ad alan daha bir məşqçimizə vəsiqə və döş nişanı təqdim olunub

      Xəbər verdiyimiz kimi, ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə fəxri adlara layiq görülmüş bir sıra idmançılara və idman mütəxəssislərinə həmin fəxri adları təsdiqləyən vəsiqə və döş nişanları təqdim edilib.

İdman ictimaiyyətinin “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görülən nümayəndələrindən biri də Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının məşqçi-müəllimi Əliyev Nəriman Meydan oğludur. 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Nəriman Əliyevə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən vəsiqə və döş nişanı təqdim edilib.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
09.03.2022