Naxçıvan Boks Federasiyası
www.nbf.az



Gənc boksçular arasında Naxçıvan şəhər açıq birinciliyi

      İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2 Fevral – Gənclər Gününə həsr olunmuş birincilik keçirilib. Naxçıvan Boks Federasiyası ilə Gənclər və idman idarəsi tərəfindən birgə təşkil olunan birinciliyə Naxçıvan, Culfa, Babək, Şərur və Ordubaddan ümumilikdə 40 idmançı qatılıb. Görüşlər 10 çəki dərəcəsi üzrə keçirilib.

Olimipiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda Kamran Rəsulov (48 kq, Babək), Elbrus Kərimli (51 kq, Naxçıvan), Möhsün Həsənzadə (54 kq, Ordubad), Nazim Abazərli (57 kq, Naxçıvan), Murad Rəhimov (63.5 kq, Naxçıvan), Həsən Hüseynov (67 kq, Naxçıvan), Hadi Seyidov (71 kq, Şərur), Olaboye Davidlekon (75 kq, Naxçıvan) və Məhəmmədəli Bağırov (80+kq, Naxçıvan), qızlar arasında isə Gülay Hümbətova (48 kq, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.

İlk üçlükdəki idmançılara diplom təqdim edilib.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
03.02.2022