Federasiya haqqında
Naxçıvan Muxtar Respublikasında boks idman növünün təşkilatlanması və inkişafı məqsədilə 01 mart 2002-ji il tarixdə «Nəqşijahan» boks idman klubunun və 02 mart 2002-ji il tarixdə «Hünər» boks idman klubunun təsis konfransları keçirilmişdir.
«Nəqşicahan» və «Hünər» boks idman klubları 16 mart 2002-ji il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmiş və onlara uyğun olaraq 10-2002/İ və 11-2002/İ nömrəli şəhadətnamələr verilmişdir.
05 mart 2002-ji il tarixdə «Nəqşijahan» və «Hünər» boks idman klublarının bazasında Naxçıvan MR Boks Federasiyasının təsis konfransı keçirilmişdir. Naxçıvan MR Boks Federasiyası 18 mart 2002-ci il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmiş və ona 18-2002/İ nömrəli şəhadətnamə verilmişdir.
Boks Federasiyasında hal-hazırda 2 klub, 24 qrup, 13 məşqçi-müəllim və 345 nəfər yeniyetmə və gənc boks idman növü ilə məşğul olur. Federasiyanın internet saytı 2014-cü ildə fəaliyyətə başlamışdır.
|